Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilir. SİA-nın xəbərinə görə, iclası AMEA prezidenti vəzifəsini icra edən Akif Əlizadə açıb. O qeyd edib ki, ötən hesabatdan sonra AMEA-nın 9 görkəmli akademiki dünyasını dəyişib. Onların sırasında AMEA-nın sabiq prezidenti Mahmud Kərimov, Coğrafiya İnstitutunun sabiq direktoru Budaq Budaqov və digərləri də var.
İclasın gündəliyinə 3 məsələ daxil edilib. Gündəliyə əsasən, AMEA prezidenti vəzifəsinə seçkilər keçiriləcək. İclasda həmçinin AMEA Rəyasət Heyətinin strukturu da seçiləcək. Daha sonra AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də tədbir də iştirak edib.
Samirə Abdullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB