İcra hakimi: "Dəyəri 100 mln olan yeni zavod inşa olunacaq"

İcra hakimi: "Dəyəri 100 mln olan yeni zavod inşa olunacaq"

"Gəncə şəhərində 100 mln manat dəyərində yeni zavod inşa olunacaq". SİA-nın bölgə müxbirinin məlumatına görə, bu barədə Gəncə şəhərinin sosial iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat müşavirəsində İcra Hakimiyyəti başçısı Elmar Vəliyev məlumat verib.

İcra Aparatının rəhbəri əlavə edib ki, ölkədə ilk dəfə yüksək keyfiyyətli fiberoptik kabel istehsal edəcək: "Layihə üzərində iş gedir. Yeni müəssisələrin yaradılması ilə bölgələrdə işsizliyin aradan qaldırılması da təmin ediləcək. Bu və ya digər nəzərdə tutulan zavodların işə düşməsi nəticəsində tək Gəncə şəhərində deyil, ətraf rayonlarda yaşayan vətəndaşlar da yeni iş yerləri ilə təmin olunacaqlar".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə