Gəncədə cari ilin I rübünün yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, həmçinin idarə və müəssisə rəhbərləri iştirak edib. Elmar Vəliyev 2013-cü ildə əldə olunan nəticələrə nəzər salıb və qarşıda duran işlər haqqında ətraflı məlumat verib.
O, bildirib ki, cari ilin müvafiq dövrü ərzində əsas kapitala 32.6 mln manat dəyərində vəsait yönəldilib. Adam başına düşən ümumdaxili məhsulun həcmi 11% artmaqla 427 manat, orta aylıq əmək haqqı isə 295 manat olub. Müşavirədə həmçinin Gəncə şəhərində bir müddətdir həyata keçirilən abadlıq və quruculuq işləri ilə bağlı ətraflı məlumat verilib.
Qeyd olunub ki, Gəncədə yeni qəsəbələr salınıb, mənzilərin dam örtükləri dəyişdirilib, elektrik qaz və su xəttləri yeraltına salınıb. Ölkənin ikinci böyük şəhərinin ən iri prospektlərindən olan Heydər Əliyev, Şah İsmayıl Xətai və Atatürk prospektləri daha da müasirləşdirilib.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB