"28 Mall" Ticarət və Əyləncə Mərkəzində United Aid For Azerbaijan (UAFA) və Azərbaycan Tələbə Gəncləri Təşkilatı İttifaqı (ATGTİ) "Ekologiya" işçi qrupunun təşkilatçılığı ilə "Balacaların böyük düşüncələri, yaşıl fırça ilə" adlı rəsm sərgisi keçirilib. ATGT-dan SİA-ya verilən məlumata görə, tədbirin məqsədi qayğıya ehtiyacı olan uşaqların bu dəfə ətraf mühitə və oradakı problemlərə necə yanaşdıqlarını çəkdikləri rəsmlərlə nümayiş etdirmək idi. 2 saat davam edən sərgidə xüsusi qayğıya ehtiyacı olan uşaqların ekologiya mövzusunda çəkdikləri rəsm əsərləri, bununla yanaşı sərgidə uşaqlar tərəfindən hazırlanmış musiqi və rəqs nümunələri nümayiş olunub. Sərgi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı çıxış edən qonaqlar bu tip tədbirlərin həyata keçirilməsinin vacibliyindən söz açıblar. Tədbirin sonunda sərgi iştirakçılarına Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Sertifikat və "Pak Dad" restoranlar şəbəkəsi tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, sərgi "Pak Dad" və "Bakcell" şirkətləri təşkilati dəstəyi ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB