Böyük Zirə adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb

Böyük Zirə adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb

Böyük Zirə adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb. SİA-nın xəbərinə görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 aprel 2013-cü il tarixində Böyük Zirə (Nargin) adası yaxınlığında naməlum qadın cəsədi aşkarlanıb. Aidiyyəti qurumlar dərhal məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə-qəza Xilasetmə Xidmətinin müvafiq qüvvələri "Arktur" kateri ilə əraziyə gələrək cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

Əməliyyat saat 16:15-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə