Həkimlər paytaxtdan bölgələrə üz tutdu

Həkimlər paytaxtdan bölgələrə üz tutdu

Görkəmli akademik, oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Milli Oftalmologiya Mərkəzinin həkimləri Bərdə rayonunda olublar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, üç gün davam edəcək aksiya zamanı mərkəzi həkim briqadası rayonda göz xəstəliyindən əziyyət çəkən sakinləri pulsuz müayinə və müalicəsini həyata keçirir.

Tədbir çərçivəsində ilk gün üçün ümumilikdə 500-dən çox rayon sakininin müayinəsi həyata keçirilib. Aprelin 23-də isə 30 nəfər rayon sakini mərkəzin səyyar klinikasında "mirvari suyu" göz xəstəliyinə qarşı cərrahi əməliyyat olunub.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi növbəti aksiyanı Sumqayıt şəhərində keçirəcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə