"Uşaqların Xoşbəxt Gələcəyi”nin hesabatı

"Uşaqların Xoşbəxt Gələcəyi”nin hesabatı

Aprelin 25-də saat "Four Seasons" Hoteldə "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyinin hesabat xarakterli tədbiri baş tutacaq.

SİA-nın məlumatın görə, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin bir çox vəzifəli şəxslər və mətbuat nümayəndələri iştirak edəcəklər.

Tədbirdə həmçinin rəssam Nərmin Rəhimovanın "Uşaqların həyatını fırça ilə bəzəyək" adlı sərgisi baş tutacaq.

Sərgidə əsərlərin satışından əldə olunan gəlir isə ürək qüsurlu uşaqların müalicəsinə sərf olunacaq. Bundan əlavə respublikanın əməkdar artisti Tünzalə Ağayeva və xalq artisti Mənsum İbrahimovun iştirakı ilə konsert də olacaq.

Qeyd edək ki, "Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi 25 aprel 2005-ci ildə yaradılıb. Yaradıldığı gündən yüzlərlə uşağa müxtəlif xəstəliklərlə mübarizədə kömək göstərib. Birliyin sədri Nərgiz Kərimova ötən illər ərzində həyata keçirilən işlər barədə hesabat verəcək, daha sonra İctimai Birliyin fəaliyyətini özündə əks etdirən film nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə