Bakıda yeni ünvan lövhələri quraşdırılıb

Bakıda yeni ünvan lövhələri quraşdırılıb

Bakının Zərifə Əliyeva küçəsi, Heydər Əliyev prospekti, Bülbül prospekti və Rəşid Behbudov prospektinə yeni ünvan lövhələri quraşdırılıb. Ümumilikdə Bakının 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulması həyata keçiriləcək. SİA-nın xəbərinə görə, Bakı ilə yanaşı, Gəncə və Sumqayıtda da yeni ünvan lövhələrinin quraşdırılmasına və yeni ünvanların verilməsi işlərinə bu yaxınlarda başlanacaq.

İcraçı şirkətlərin verdiyi məlumata əsasən 2013-cü ilin sonu 2014-cü ilin əvvəlində bu işlər başa çatdırılacaq. Müasir görünüşlü ünvanların verilməsi ilə bağlı Milli Ünvan Reyesteri də yaradılıb.

Qeyd edək ki, ünvan lövhələrinin dizaynı və istehsalını Cənubi Koreyanın "SK C&C" şirkəti həyata keçirib. Mart ayının sonundan etibarən istehsal olunmuş ünvan lövhələri Bakıya gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə