Bu gün Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Milli Depozit Mərkəzinin və Bakı Fond Birjasının əməkdaşları Heydər Əliyev Fondunu ziyarət ediblər. SİA-nın məlumatına görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Fondu ziyarət edən əməkdaşlara Fondun fəaliyyət istiqamətləri, Ümummilli liderin zəngin irsinin öyrənilməsi və təbliğ edilməsi, eləcədə müxtəlif sosial–iqtisadi, humanitar layihələr istiqamətində həyata keçirilən tədbirlər barəsində ətraflı məlumat verilib.
Daha sonra iştirakçılar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin şərəfli ömür yolundan müxtəlif məqamlarını əks etdirən, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanması, ədəbi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işlərdən bəhs eksponatlarla və fotoşəkillərlə tanış olublar.
Sonda Ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən "Böyük ömrün anları" filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB