Əbülfəz Babayev: "Bəzi icra rəsmiləri məsuliyyətsizliyə yol verirlər"

Əbülfəz Babayev: "Bəzi icra rəsmiləri məsuliyyətsizliyə yol verirlər"

"Bəzi icra hakimiyyətlərinin rəsmiləri vətəndaşların torpaqlarının mülkiyyət məsəllərində məsuliyyətsizliyə yol verirlər ki, bu da nəticədə bələdiyyələrin üzərində qalır". SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu fikirləri Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev bildirib.

O, qeyd edib ki, insanların mülkiyyət hüquqlarının tanınması ilə bağlı ölkədə qanunvericilik var və İcra Aparatlarının müəyyən rəsmiləri bu qanunlara riayət etməlidir: "Bölgələrdəki İcra Hakimiyyəti nümayəndələri torpaqların mülkiyyətinin təsdiq olunmasında, eləcə də digər bu kimi məsəllərin həllində məsuliyyətsizliyə yol verirlər. Bu da sonda insanların haqlı narazılığına gətirib çıxarır. Belə olan halda insanlar bələdiyyələri günahkar çıxarırlar".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə