Azərbaycan bələdiyyələrinin Milli Assosiasiyasının müşavirəsi keçirilib
Gəncə şəhərində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə 40-dan artıq bələdiyyə sədri, eyni zamanda üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev son bir ildə əldə olunan nəticələrə, həmçinin qarşıda duran məsəllərə nəzər salıb.
O, bildirib ki, ilk bələdiyyə seçkilərindən fərqli olaraq ildən-ilə bu sahədə idarəçilik forması daha da peşəkarlaşır:" Vətəndaşlarla bələdiyyələr arasında sıx əlaqələrin qurulması başlıca şərtlərdən biridir. Çünki, hazırda ən ciddi problemlərdən biri cəmiyyəti idarəetmə sisteminə dəvət etməkdir. Bu da bələdiyyələrlə əhali arasında müəyyən çətinliklər yaradır".
Qeyd edək ki, müşavirədə həmçinin regionda çalışan bələdiyyə sədirlərinin hesabatları da dinlənilib, bəzi məsəllərin həlli istiqamətində lazımı tapşırıqlar verilib.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB