Azərbaycan tələbələri Budapeştdə təmsil olunur

Azərbaycan tələbələri Budapeştdə təmsil olunur

Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin (ATB) 64-cü İdarə Heyətinin Toplantısı 23-29 aprel 2013-cü il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Birlikdən SİA-ya verilən məlumata görə, İdarə Heyəti Toplantısının ilk iki günündə Avropa Tələbələr Birliyinin "SAGE" layihəsi çərçivəsində məşğulluqla bağlı təlimlər təşkil ediləcək. Təlimlərdə əsas mövzu tələbələrin işsizlik problemi olacaq.

İdarə Heyətinin Toplantısı zamanı isə Avropa təhsil siyasəti ilə bağlı bir neçə mühüm məsələnin müzakirəsi, həmçinin, təşkilatın yeni sədr, sədr müavinləri və digər işçi qruplarının seçilməsi planlaşdırılır. Azərbaycan Tələbələr Birliyinin nümayəndəsinin səfər zamanı iki tərəfli görüşlər keçirməsi və Avropa Tələbələr Birliyinin təmsilçiləri ilə əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparması gözlənilir.

Qeyd edək ki, toplantıda Azərbaycan Tələbələr Birliyini Vəfadar Rizvanlı təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə