Cəmil Quliyev: "Mənim üçün əsas məqsəd..."

Cəmil Quliyev: "Mənim üçün əsas məqsəd..."

"Seçki qabağı öz platformam haqqında geniş danışmışam. Mənim üçün əsas məqsəd azərbaycançılıq, milli-mənəvi dəyərlərin təbliği, konstruktiv dialoq və professionallıqdır. Sadalanan ideyalar əsasında İTV-də ictimai-siyasi verilişlərlə yanaşı, mədəniyyətə, incəsənətə geniş yer veriləcək. Çünki hər şey mədəniyyətdən başlayır. Mədəniyyət təkcə teatr, kino deyil, ümumiyyətlə, bu məfhum cəmiyyəti idarə etməlidir". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında İTV-nin yeni baş direktoru Cəmil Quliyev deyib.

İTV-də kadr islahatları barədə fikir bildirən Quliyev bunu zaman göstərəcəyini qeyd edib: "Peşəkarlıq məsələsi əsas götürüləcək. Çünki televiziya elə bir məfhumdur ki, burada peşəkarlar çalışmalıdırlar. Onlar sağlam düşüncəli və mədəni insanlar olmalıdır".

Yeni sədr onu da qeyd edib ki, "Mədəniyyət kanalı" öz fəaliyyətini davam etdirəcək: "Yəqin ki, ora yeni rəhbər seçiləcək. Azərbaycan Respublikası Kinemotoqrafçılar İttifaqında isə icraçı katibəm. Bu fəaliyyətimi davam etdirəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə