Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun may ayının 8-də Bərdə və ətraf rayonlarda yerli sakinlərlə görüşü nəzərdə tutulub. Nazirlikdən SİA-ya verilən məlumata görə, Bərdə, Ağdam, Yevlax, Tərtər,Ucar, Zərdab, Ağcabədi, Beyləqan, Füzuli rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti eyni zamanda, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
Vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB