“Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu” FOTO

Heydər Əliyev Mərkəzində konfrans keçirilib
“Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu” FOTO

Lerik Rayon Heydər Əliyev Mərkəzində Rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə "Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon icra hakimiyyətinin rayon təhsil şöbəsinin, rayon peşə məktəbinin, Məşğulluq Mərkəzinin kollektivi, orta məktəblərin direktor və psixoloqları, valideynlər və yuxarı sinif şagirdlərinin iştirak etdiyi konfransda Məşğulluq Mərkəzinin direktoru Zəfər İsmayılov, rayon peşə məktəbinin direktoru Hüseynbala Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri Vüqar Mirzəyev və rayon təhsil şöbəsinin məsul işçisi Mehman Rəcəbov mövzu ətrafinda ətraflı çıxış etdiblər. Konfransda Heydər Əliyev şəxsiyyətinin gənc nəslin formalaşmasında rolu barədə geniş məlumat verilməklə gənclərin şüurlu, yaradıcı əməyə hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi və onların gələcəkdə məşğulluğunun təmin olunmasının əhəmiyyəti qeyd edilib və yuxarı sinif şagirdlərinə əmək bazarında olan mövcud vəziyyət barədə ətraflı məlumat verilib.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə