Heydər Əliyev Mərkəzində açıq tarix dərsi

Heydər Əliyev Mərkəzində açıq tarix dərsi

Aprelin 22-də Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında " Heydər Əliyev və milli mənəvi dəyərlər" mövzusunda açıq tarix dərsi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Tibb kollecinin tələbələri üçün təşkil olunan dərsi Mərkəzin direktoru Seyidzadə Şəfiyeva aparıb. Ümummilli Lider Heydər Əliyevin milli – mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində misilsiz xidmətlərini, respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə milli ideologiyaya, xalqın mənəvi dəyərlərinə çox böyük önəm verdiyini vurğulayıb. Dərsdə eyni zamanda Müstəqil Azərbaycan Respublikasında bütöv bir epoxanın Heydər Əliyevin adı ilə bağlı olduğu, xalqın tarixi ənənələrinin, mənəvi və mədəni irsinin qorunması sahəsindəki siyasi kursun bu gün ölkə başçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Dərsdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda dinləyicilər Heydər Əliyev irsini əks etdirən əsərlərlə, memorial muzey və video filimlə tanış olublar.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə