SAM-ın ingilis dilində yeni kitabı nəşr olunub

SAM-ın ingilis dilində yeni kitabı nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən hazırlanan "Enerji və Azərbaycan: tarix, strategiya və əməkdaşlıq" adlı yeni kitab ingilis dilində nəşr edilib. SAM-dan SİA-ya verilən məlumata görə, kitab Rövşən İbrahimovun redaktorluğu altında bir neçə yerli və xarici müəlliflərin yazılarından ibarətdir. R. İbrahimovla yanaşı İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi aparıcı elmi işçisi Gülmira Rzayeva, Yaroslav Cviek-Karpoviç (Polşa) və Andrey Semenkovski (Ukrayna) də öz məqalələri ilə kitabın ərsəyə gəlməsində əməklərini sərf ediblər.

Qeyd edək ki, kitabda Azərbaycan enerji siyasətinin keçmişi və bu günü, gələcək planları, Avropa enerji təhlükəsizliyində rolu və digər ölkələr ilə əməkdaşlıq barədə məlumatlar öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə