Qubaya yağan güclü yağış Alekseyevka kəndini suya qərq etdi. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, rayondan 6 km aralıda yerləşən kəndə yağan güclü yağış, kanalizasiyaya sığmayaraq daşıb, həyətyanı bağ sahələrinə və evlərə dolub. Sel o qədər güclü olub ki, evdə oturan ev sahibləri suya qərq olub. 30-a yaxın evə qismən ziyan dəysə də, 7-8 ev suyun içində qalıb. Qalan evlərin həyətyanı və bağ sahələri 40-50 sm-ə kimi suyun altında qalıb.
Qeyd edək ki, sakinlər baş vermiş təbii fəlakətə görə, FHN-nin Şimal Regional Mərkəzinə müraciət ediblər.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB