Bu gün tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.
Aprelin 23-dən 25-dək Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq digər meteoroloji amillərin iqlim normasına yaxın olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB