“Qızıl Buta” Mükafatının qalibləri

Səs İnformasiya Agentliyi “Qızıl Buta” Mükafatına layiq görüldü
“Qızıl Buta” Mükafatının qalibləri

"Dünya Azərbaycanlılar" İctimai Mərkəzi Respublikada "Qızıl Buta" Mükafatı uğrunda respondentlər arasında sorğu keçirib. "Qızıl Buta" Mükafat uğrunda keçirilən sorğuda iştirak edən respondentlərin 24 % iş adamı 15% elm xadimləri 19 % məmurlar 21% tələbələr 2 % işsizlər 19 % müxtəlif peşə sahibləridir. Respondentlərin 53.6% kişilər, 46.4% qadınlar təşkil edib.

SİA-nın məlumatına görə, "Qızıl Buta" Mükafatı uğrunda keçirilən sorğunun qalibləri aşağıdakılardır:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Azərbaycanda regionların sosial-iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə;

Bütün Qafqazın şeyxi Haci Allahşükür Paşazadə - Azərbaycanda dini tolerantlığın qorunmasında xidmətlərinə görə;

Kəmalləddin Heydərov, Fövqəladə Hallar Nazirliyi - Nazirliyin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq standartlarına uyğunlaşdırmaq istiqamətində xidmətlərinə görə;

Alper Çoşkun - Azərbaycan-Türkiyə münasibətlərin qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə;

Əli Həsənov - Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlu fəaliyyətinə görə;

Füzuli Ələkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri-işsizliyin aradan qaldırılmasında və sosial təbəqəyə göstərilən xidmətlərinə görə;

Qərib Məmmədov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli istifadəsində xidmətlərinə görə;

Qənirə Paşayeva, millət vəkili - Azərbaycanın həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasında xidmətlərinə görə;

Namiq Əliyev - Azərbaycan-Moldova münasibətlərin qorunmasında və möhkəmlənməsində xidmətlərinə görə;

Vüqar Səfərli - KİV-nin inkişafında göstərdiyi xidmətlərinə görə;

Qorxmaz Hüseynov, Azərsu ASC - Əhaliyə yüksək xidmət göstərilməsində fəaliyyətinə görə;

Elmar Qasımov -Təhsil sahəsində beynəlxalq əlaqələrin qurulmasında xidmətlərinə görə;

Aqil Abbas, millət vəkili - Gənc nəslin vətənpərvər yetişdirilməsində və uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;

Arzuman Muradlı, iqtisadçı alim - Ulu Öndərimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsində xidmətlərinə görə;

İqbal Məmmədov, millət vəkili - Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə;

Eldar Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı -Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə;

Rəşad Məcid - Cağdaş ədəbiyyatımızın təbliğində xidmətlərinə görə;

Nəriman Əliyev, millət vəkili- Milli Məclisdə və uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;

Hüseynağa Nuriyev - Uğurlu ictimai fəaliyyətində xidmətlərinə görə;

Ərəstun Cavadov, millət vəkili - Xeyriyyə tədbirlərinin keçirilməsində və uşaq evlərinin himayəsində xidmətlərinə görə;

Füzuli Musayev - Sağlam gəncliyin yaranmasında və formalaşmasında xidmətlərinə görə;

Gülağa İslamov, Xəzər rayon İcra Hakimiyyətinin Başçısı -Xəzər rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə;

Təfəkkür Universiteti -Müşviq Atakişiyev - Yeni təhsil sisteminin təkmilləşməsində xidmətlərinə görə;

Əhməd Muxtarov - Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı -Hacıqabul rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə;

Fərid Şahbazlı - Azərbaycan gənclər arasında fəal və səmərəli fəaliyyətinə görə;

Avesta Konserni - Haci İbrahim İbrahimov - Dünya standartlarına uyğun müasir tipli yaşayiş obyektlərinin tikintisindəki xidmətlərinə görə;

Elmar Məmmədov - Kapital bankın idarə heyətinin sədri -Keçmiş əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi proqramını uğurla həyata keçirilməsində xidmətlərinə görə;

Elçin Orucov - Milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəsilin formalaşmasında göstərdiyi xidmətlərə görə;

Cabir Rəsulov "AzEvrotel" -Kompleks telekommunikasiya xidmətlərinin həyata keçirilməsində və vətəndaşlara yüksək rabitə xidməti göstərilməsində xidmətlərinə görə;

AS GROUP, Şahin Mövsümov - Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə;

Xudu Rzayev, Minera şirkəti - Tikinti və istehsal sahəsində uğurlu fəaliyyətinə görə;

Elmixan Nəbiyev, "Atrabank" İdarə Heyətinin sədri -Azərbaycanda bank sektorunun müasirləşməsində və təkmilləşdirilməsində fəaliyyətinə görə

"CaspianNavTel" - Azərbaycanda naviqasiya sistemləri texnologiyasının inkişafına görə;

İsmayıl Şabani - AvirTell MMC-nin prezidenti- Yüksək keyfiyyətli Dial up, ADSL İnternet Access və 088 Toll Free xidmətlərinə görə;

Avrasiya Klinikası -Tibb müəssisəndə yüksək tibbi xidmətin göstərilməsində xidmətlərinə görə;

SİA (sia.az) - Dolğun informasiyanın operativ yayımında fəaliyyətinə görə;

Ann.az - Operativ informasiyanın istehslalı və yayımında xidmətlərinə görə, mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə