“Karyera Səyahəti” layihəsi davam edir

“Karyera Səyahəti” layihəsi davam edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Biznes" işçi qrupunun, "Karyera.biz" portalı ilə əməkdaşlığı çərçivəsində reallaşdırılan "Karyera Səyahəti" layihəsi davam edir. ATGTİ-nin "Biznes" işçi qrupunun rəhbəri Ürfan İsmayilovun SİA-ya verdiyi məlumata görə, aprelin 21-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü ilə növbəti təlimlər AƏSMA tələbələri üçün keçirilib.

Təlimlərdə Karyera.biz portalının təsisçisi Namiq Məmmədov tələbə - gəncləri düzgün CV formasının hazırlanması, işə qəbul zamanı müxtəlif müsahibələrin sirləri ilə tanış edib və iş görüşmələrində düzgün davranış, özünütəqdimetmə qaydalarını açıqlayıb.

Ürfan İsmayilov qeyd edib ki, layihənin növbəti (IV) mərhələsində tələbə - gənclər üçün insan resursları (HR) mövzusunda geniş təlim - seminar təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə