Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı tərəfindən irəli sürülən təşəbbüslə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının (SAM) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təşkil etdiyi silsilə mühazirələr başa çatıb.
SAM-dan SİA-ya verilən məlumata görə, mühazirələrdə SAM-ın direktoru Fərhad Məmmədov "Siyasi İdeologiyalar", SAM-ın direktor müavini Gülşən Paşayeva "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli", Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Məsiağa Məhəmmədi "İranın Cənubi Qafqaz siyasəti", Daxili siyasətin təhlili şöbəsinin müdiri Tahirə Allahyarova "Beyin Mərkəzləri: Strateji Araşdırmalar nədir?", İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı "Azərbaycanda İqtisadi İnkişaf siyasəti", Daxili Siyasətin təhlili şöbəsinin elmi işçisi Sahib Cəfərov "Azərbaycanda İslam" mövzuları ilə çıxışlar edib, Azərbaycanın daxili və xarici siyasəti, o cümlədən də dünyada baş verən ictimai-siyasi hadisələr müzakirə olunub.
DİA tələbələrinin böyük marağına səbəb olan mühazirələrdə 80-dən artıq tələbə iştirak edib.
Qeyd edək ki, mühazirələrdə iştirak etmiş tələbələr sertifikatla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB