TRT-nin baş direktoru Bakıya rəsmi səfər edəcək

TRT-nin baş direktoru Bakıya rəsmi səfər edəcək

Türkiyə Radio Televiziyası baş direktorunun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycan Prezident Administrasiyasının dəvəti ilə Bakıya rəsmi səfər edəcəklər. TRT-nin Bakı Təmsilçiliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dəvəti ilə reallaşacaq rəsmi ziyarət 3 gün davam edəcək.

TRT-nin baş direktoru İbrahim Şahin Azərbaycanda dövlət, ictimai və özəl televiziya müdirləri ilə yanaşı Azərbaycan Milli Radio və Televiziya Şurasının sədri və Azərbaycan Mətbuat Şurasının sədri ilə bir sıra görüşlər keçirəcək. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla da görüşü planlaşdırılan İbrahim Şahinin Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən qəbul edilməsi də gözlənilir.

TRT-nin Bakı Təmsilçisi Yüksəl Dəğərcanın verdiyi məlumata əsasən, səfər çərçivəsində iki ölkənin televiziya, kütləvi informasiya vasitələri arasında iş birliyi və bu birliyin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

Qeyd edək ki, 29 apreldə başlayan ziyarət, 2 may tarixinə qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə