Tutqun hava şəraiti üstünlük təşkil edəcək

Tutqun hava şəraiti üstünlük təşkil edəcək

Sabah tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Ölkə rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.

Aprelin 23-dən 25-dək Abşeron yarımadasında tutqun və rütubətli havanın üstünlüyünə baxmayaraq digər meteoroloji amillərin iqlim normasına yaxın olması meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə