ARGTMŞ Avropa Şurasının strukturuna seçilib

ARGTMŞ Avropa Şurasının strukturuna seçilib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Gənclər Forumunun üzv təşkilatlarının növbəti iclasında Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının (Advisory Council on Youth of Council of Europe) üzvü seçilib. Şuradan SİA-ya verilən məlumata görə, 18-21 aprel 2013-cü il tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən iclasda ARGTMŞ-nın sədri Şahin Seyidzadə və baş katibi Seymur Hüseynov iştirak ediblər.

İclas Avropa Gənclər Forumunun cari fəaliyyəti haqqında üzv təşkilatların məlumatlandırılması, həmçinin Avropa Gənclər Forumunun üzvləri arasından Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasına üzvlərin seçimi prosesini həyata keçirilməsi məqsədi ilə həyata keçirilib.

İclas zamanı ARGTMŞ-ının təqdimatı keçirilib və tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında məlumat verilib. Avropa Gənclər Forumunun üzvlərinin təqdimatları başa çatdıqdan sonra Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasının üzvlüyünə namizəd təşkilatlar arasında səsvermə prosesi həyata keçirilib. Səsvermədə 38 ölkənin Milli Şurası və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Səsvermə nəticəsində ARGTMŞ Avropa Şurasının gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.

Məşvərət Şurası Avropa Gənclər Forumu və Avropa Şurasını arasında "körpü" funksiyasını həyata keçirən qurumdur. Məşvərət Şurasına üzv olmaqla ARGTMŞ Avropa Şurasının gənclər sektrına aid olan bütün məsələlərində, qərarvermə prosesində fəal iştirak edəcək, həmçinin gənclər sektoruna dair proqramların hazırlanması, nəzarət edilməsi məsələlərində mühüm rola malik olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə