Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşlara daha da yaxın olacaq. SİA xəbər verir ki, "ASAN xidmət" bununla əlaqədar olaraq xidmətlərin göstərilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar təşkil edib. Bu avtobuslar iyun ayından etibarən səyyar formada ölkənin rayon və kəndlərində əhaliyə xidmətlər göstərəcək.
Qeyd edək ki, səyyar avtobuslar bu gün Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Tanıtım Yürüşünə başlayaraq İstanbuldan Bakıya yola düşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB