Macarıstanın Milli Tələbə Birliyinin (HÖOK) dəvəti ilə cari ilin 23-29 aprel tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli və təşkilatın mətbuat katibi Məcid Musayev Budapeştə səfər edəcəklər. ATGTİ-dən SİA-ya verilən məlumata görə, səfər ərzində ATGTİ-nin nümayəndələri Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinin 64-cü iclasına qatılacaqlar. Sözügedən iclasda ATB-nin fəaliyyət istiqamətləri, gələcək layihələri və yeni tələbə QHT-lərinin ATB-yə üzvlüyü müzakirə olunacaq.
Qeyd edək ki, Budapeştdə ATB-nin 67-ci iclasının 2014-cü ilin noyabrında Bakıda keçirilməsi məsələsi də müzakirəyə çıxarılacaq. ATGTİ-nin rəsmiləri bu məqsədlə avropalı həmkarları üçün Azərbaycanın geniş təqdimatını keçirərək, iclasın məhz Bakıda keçirilməsinin prioritetlərini vurğulayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB