Qubaya yağan yağış, qarla əvəz olunub. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, dəniz səviyyəsindən 700 metr hündür əraziyə və 40-dan çox dağ kəndlərinə qar yağır. Quba-Xınalıq yolları artıq iflic vəziyyətə düşüb. Belə ki, qar ən çox Qubanın dağlıq ərazilərinə düşüb. Belə soyuq hava isə meyvə bağları üçün təhlükəlidir. Demək olar ki, dağlarda əzgil, qoz-fındıq və digər meyvələrin tozlanması məhv olub.
Qarın düşdüyü əsas yerlər Quba-İspik-Xınalıq yolu istiqamətindəki yolun üzərindəki kəndlərdir ki, bunlar da Xınalıq, Qrız, Haput, Buduq, Əlig, Cek, Bostankeş, Dəhnədir. Bununla yanaşı, Quba-Qonaqkənd istiqamətindəki yol üzərindəki Xaltan, Ördüc, Rük, Adur, Qarxun və Söhüb kəndlərinə artıq qar yağıb.
Qeyd edək ki, aprel ayında son dəfə 7 il bundan əvvəl qar yağıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB