Bu gün buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya daxil olan məlumata görə, Bakı və Abşeron yarımadasında temperatur gecə 5-9 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.
Ölkənin rayonlarında isə havanın havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 12-18 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB