Ağdaş şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni bina tikilir. Rayon icra hakimiyyətindən SİA-ya bildiriblər ki, ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanılıb. Hörgü işləri artıq başa çatdırılıb, qapı-pəncərələr quraşdırılıb, daxildə suvaq və üzləmə işləri görülür.
Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Ağdaşa səfərləri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşlərini əks etdirən fotoguşə yaradılacaq.
Mərkəzdə konfrans zalı, kinozal, internet-kafe, muzey, xidməti otaqlar, kitabxana, elektron idarəetmə və multimedia otaqları olacaq, müxtəlif dərnəklər fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB