Bu gün ölkə ərazisində yağış yağacaq

Bu gün ölkə ərazisində yağış yağacaq

Bu gün respublika ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

Ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənillir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 12-17, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə