Tədbir Lənkəran Sərhəd Dəstəsinin Astara rayonunun Alaşa kəndində baş tutub
Aprelin 20-də Lənkəran Sərhəd Dəstəsinin Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən sərhəd zastavasında "Valideyn günü" keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinə hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumatlar verilib. Valideynlərlə əsgərlərin görüşündən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olublar.
Tədbirin rəsmi hissəsində çıxış edən Lənkəran Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Elşən Mirzəyev Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısından söhbət açıb. Bildirb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin (DSX) maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi hissələrin müsir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Azərbaycanın sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində yüksək nailiyyətlər əldə edilib. Qazanılmış nailiyyətlərin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təklükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsinin və bu sahənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində mümkün olduğu qeyd edilib. DSX-də gedən dinamik inkişafı əks etdirən foto-slayd nümayiş etdirilib.
Tədbirdə qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində və kollektivdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərinin rolunun artırılmasına diqqət xeyli artırılıb. DSX hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına xüsusi önəm verir.
Sərhəd zastavasının rəisi, mayor Emin Səməndərov şəxsi heyətlə işin təşkili, əldə olunmuş müsbət nəticələr və hərbi intizamın vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə iştirak və çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, belə diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra görüşdə dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Övladlarının xidmətləri ilə əlaqədar valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçuların bir qrupuna "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanları, fəxri-fərmanlar və qiymətli hədiyyələr, fərqlənmiş hərbi qulluqçuların valideynlərinə isə "Təşəkkür məktubları" təqdim edilib.
Rəsmi hissədən sonra valideynlər şəxsi heyətlə birgə nahar ediblər.
Mərasim hərbi hissənin bədii özfəaliyyət kollektivin hazırladığı konsert proqramı ilə başa çatıb.
Sərraf Misəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB