Ehtiyatsızlıq əsgər ölümünə səbəb oldu

Ehtiyatsızlıq əsgər ölümünə səbəb oldu

Aprelin 20-də gecə saat 00.35 radələrində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağırılmış Quliyev Emin İlqar oğlu ona təhkim olunmuş avtomat silahdan açılan atəş nəticəsində vəfat edib. SİA xəbəri Müdafiə Nazirliyinin mətbuat xidmətindən əldə edib.

Fakt üzrə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə