Bu gün İqtisadi inkişaf naziri Şahin Mustafayev Şirvan şəhərində vətəndaşları qəbul edib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların (Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Cəbrayıl) və Şirvan şəhərindən olan 100 nəfərdən çox sakinin müraciətləri dinlənilib.
Müraciətlərdə nazirliyin fəaliyyət sahələri ilə bağlı qaldırılan məsələlər qurumun müvafiq əməkdaşlarının, nazirlik yanında nümayəndə üzvlərinin, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciətlərin bir qismi elə yerindəcə həllini tapıb.
Nazir digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq, obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB