Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatı (BMA TGT), cari ilin 16-19 aprel tarixlərində dahi bəstəkarımız Üzeyir Hacıbəyli adına tələbə teatr festivalı keçirib. ATGTİ-dən SİA-ya verilən məlumata görə, BMA-da keçirilmiş festivalın açılış mərasimində çıxış edən BMA TGT sədri, festivalın bədii rəhbəri Vüqar Hümbətov Üzeyir Hacıbəylinin Azərbaycanın musiqi sənətində əvəzsiz rolundan danışdı. Daha sonra çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov festivalın əhəmiyyətini vurğuladı və bildirdi ki, bu kimi festivalların keçirilməsi tələbə - gəncləri dahi Üzeyir bəyin əsərləri ilə daha yaxından tanış edəcək. BMA-nın prorektoru Gülnaz Abdullazadə isə öz çıxışında belə festivalların tez-tez keçirilməsini tövsiyyə etdi.
4 gün davam edən tələbə teatr festivalı çərçivəsində BMA tələbələri Ü.Hacıbəylinin felyetonlarını, "Arşın mal alan", "Ər və arvad", "O, olmasın bu, olsun" və s. musiqili komediyalarını səhnələşdiriblər. Qeyd edək ki, festivalda ümumilikdə 50 tələbə iştirak edib.
BMA-nın rektoru Fərhad Bədəlbəylinin, akademiyanın prorektorları Gülnaz Abdullazadənin, Yeganə Axundovanın, ATGTİ-nin sədri Şahin İsmayılovun iştirakı ilə keçirilmiş tələbə teatr festivalının bağlanış mərasimində festival iştirakçıları mükafatlandırıldılar. Bağlanış mərasimi Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB