YAP Astara rayon təşkilatı Qadınlar Şurasının konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Qadınlar Şurasının II konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıb.
Sonra YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Bəsti Əliyevanın məruzəsi dinlənilib. O bildirib ki, bu gün rayonun 100 min nəfərdən çox əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı öz ətrafında 6 min nəfərdən çox partiya üzvünü birləşdirir ki, bunun da təxminən yarısını qadınlar təşkil edir. Çox fərəhli haldır ki, Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımızın əksəriyyəti 18-35 yaşında olan gənclərdir. Ulu öndər Heydər Əliyev Azərbaycan qadınını, onun cəmiyyətdəki rolunu həmişə yüksək qiymətləndirib. O həmişə deyirdi ki, Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız əllərindən gələni əsirgəmirlər.
Məruzə ətrafında çıxış edən rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova, Dövlət Sığorta Agentliyinin rayon filialının müdiri İlhamə Həşimova, rayon Mərkəzi Xəstəxanasının həkimi Aliyə Cavadova bildiriblər ki, bu gün ulu öndərimizin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ardıcıl fəaliyyəti nəticəsində ölkəmiz azad, müstəqil, qüdrətli, dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Astaralılar, o cümlədən qadınlar bu il keçiriləcək prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevi dəstəkləyəcəklər.
Konfransda YAP Astara rayon təşkilatı Qadınlar Şurasının yeni tərkibi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Respublika konfransına nümayəndələr seçilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB