Yeni təhsil naziri Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisadiyyat Universitetində və Makcorc universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
M.Cabbarov Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.
Ailəlidir, iki uşağı var.
Bütün xəbərlər Facebook səhifəmizdə