Qərbi ABŞ-ın ən böyük yəhudi qəzetlərindən biri Azərbaycan haqda geniş məqalə dərc edib. Azərbaycanın Los Ancelesdəki baş konsuluğundan verilən məlumata görə, ABŞ-ın qərb ştatlarında ən böyük yəhudi qəzetlərindən olan, Arizona ştatında nəşr edilən "Jewish News of Greater Phoenix" qəzetində aprelin 17-də Azərbaycana həsr olunmuş geniş məqalə dərc edilib. Məqalə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Arizona ştatına səfəri çərçivəsində onunla götürülmüş müsahibəyə əsaslanır.
Məqalədə ilk öncə Arizonaya səfəri müddətində N.Ağayevin ştatın qanunvericilik orqanının rəhbərliyi və digər şəxslər ilə keçirdiyi görüşlər barədə məlumat verilir. Sonra Azərbaycanda uzun əsrlərdən bəri yəhudi icmasının dinc və əmin-amanlıq şəraitində yaşamasından, icmanın Azərbaycanın müxtəlif sahələrində, o cümlədən ölkə parlamentində təmsil olunmasından, Azərbaycandakı güclü dini və etnik dözümlülük ənənələrindən bəhs edilir, Azərbaycanın çətin bir bölgədə ABŞ və İsrailin dostu olduğu qeyd olunur. Bu səpkidə respublikamızın 11 sentyabr terror aktlarından sonra beynəlxalq terrorçuluğa qarşı aparılan mübarizəyə verdiyi töhfələr vurğulanır. Həmçinin, Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyi qeyd olunaraq, İsrailin bu gün idxal etdiyi neftin təxminən 40%-nin Azərbaycan nefti olduğu bildirilir.
Bunan başqa, Ermənistanın təcavüzü və Azərbaycan torpaqlarını qanunsuz işğalı nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılır.
Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.jewishaz.com/localnews_features/consul-azerbaijan-values-israel-ties/article_47874f38-a7b4-11e2-b5f7-0019bb30f31a.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB