“Hz.Peyğəmbərimiz və İnsan Onuru” adı altında tədbir keçirildi

“Hz.Peyğəmbərimiz və İnsan Onuru” adı altında tədbir keçirildi

Park İNN hotelində Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyinin təşkilatçılığı ilə Hz. Muhəmməd Peyğəmbərin doğum gününə həsr olunmuş "Peyğəmbərimiz və insan onuru" adı altında tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal Marşı ilə açıq elan edilib və Qurani-Kərimdən ayələr oxunub.

Daha sonra Hz. Peyğəmbərimizin nümunəvi həyatında insanlığın onur və şərəfinə verdiyi dəyərləri özündə əks etdirən video rolik nümayiş etdirilib.

Tədbiri çıxış sözüylə açıq elan edən Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşaviri Dr. Sadık Eraslan bütün qonaqları salamlayaraq Hz. Peyğəmbərin nümunəvi şəxsiyyətindən bəhs edib. Dr. Sadık Eraslan eyni zamanda bu il Türkiyə Cümhuriyyəti Səfirliyinin Din Xidmətləri Müşavirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Yazıçılar Birliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə ümumrespublika səviyyəsində keçirilən "Natı-Şərif" (Hz. Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin əhəmiyyətindən söz açaraq bütün qaliblərə gələcək həyatlarında uğurlar arzulayıb.

Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Bakı İslam Universitetinin dekanı Fuad Nurullayev, millət vəkili Qənirə Paşayeva, Türkiyə Diyanət İşləri Başkanlığının nümayəndəsi Prof.Dr. Yavuz Ünal və "Natı-Şərif" müsabiqəsinin münsiflər heyətinin sədri Əjdər Ol çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin sonunda "Natı-Şərif" (Hz. Peyğəmbərə həsr olunmuş şeir) müsabiqəsinin qalibləri mükafatlandırılıb və yemək süfrəsi açılıb.

Qeyd edək ki Natı-Şərif müsabiqəsinin mükafatlandırma siyahısı aşağıdakı kimidir:

Qaliblər:

1-ci yer: Fərzəliyev Şahin (Fazil)

Vaqif Cəbrayıllı (Bayatlı)

2-ci yer: Dursun Çalışqan

Cabir Qasımov (Savalan)

3-cü: Eldar Kərimov

Gulayə Rzayeva

Aişə Nəbi

Fərqlənənlər:

Nizami Musayev (Zöhrabi)

Hikmət Fərzəliyev

Ələmdar Quliyev

Zahid Məmmədov (Sarıtorpaq)

Bütün xəbərlər Facebook səhifəmizdə