Nazir Gəncədə vətəndaşları qəbul edib

Nazir Gəncədə vətəndaşları qəbul edib

Rabitə və İnformasiya Texnalogiyaları Naziri Əli Abbasov Gəncə şəhərində vətəndaşları qəbul edib. SİA-nın verdiyi məlumata görə, Gəncə Telekomnikasiya İdarəsində təşkil olunan göşürdə nazir əhalinin msüraciətlərini dinləyib, həlli istiqamətində lazımı tapşırıqlarını verib.

Əli Abbasov bildirib ki, ona Gəncə və ətraf bölgələrdən 100-dən artıq müraciət daxıl olub. Bunun da 70-dən çoxu artıq həll olunub. Bu dəfəki görüşdə isə Gəncənin yeni salınan qəsəbələrin internetlə təmin olunması və telefon xəttlərinin yenilənməsi kimi müraciətlər səslənib. Nazir həmçinin yaxın 3 il ərzində genişzolaqlı internetdən istifadə ediləcəyini, bunun üçün də artıq 400 milyon manatdan çox vəsaitin ayrılacağını da sözlərinə əlavə edib.

Bundan əlavə İKT sahəsinin inkişafı yönümündə Gəncə şəhərinin kadrlarından da istifadə ediləcək. Gəncə şəhərinə səfəri çəçivəsində Ə.Abbasov Azərbaycan Texnalogiya Universitetində də olacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə