Goranboy RİH: "Yazılanların heç bir əsası yoxdur"

"Milli qəhrəmanların problemlərinə daİm diqqətlə yanaşılır"
Goranboy RİH: "Yazılanların heç bir əsası yoxdur"

Bəzi kütləvi informasiya vasitələrində "Milli Qəhrəmanlar icra başçısından şikayət edirlər" sərlövhəli yazı gedib. Məsələ ilə bağlı SİA-ya Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, yazılanların heç bir əsası yoxdur və şantaj məqsədi ilə yazılıb.

İcra hakimiyyətinin rəsmi nümayəndəsi onu da qeyd edib ki, rayon ərazisində yaşayan iki milli qəhrəman - Abdullayev Maşallah Babakişi oğlu və Həsənov Məhəmməd Ələsgər oğlu dövlətin daim qayğısı ilə əhatə olunublar. Rayon sakinləri də onların hansı güzəştlərdən istifadə etdikləri, sosial problemlərinin dərhal həll edildiyi, biznes fəaliyyəti ilə məşğul olduqları haqda məlumatlara malikdirlər. M.Abdullayev və M.Həsənov heyvandarlıqla məşğuldurlar. Onların rayon İcra Hakimiyyətinə etdiyi bütün müraciətlər indiyədək müsbət həll edilib. Son bir il müddətində onlar rayon İcra Hakimiyyətinə hər hansı məsələ ilə bağlı müraciət etməyiblər.

Rayon İcra Hakimiyyəti milli qəhrəmanların şikayət etmələri ilə bağlı yazılanları qəti olaraq təkzib edir və mətbuat orqanlarını düzgün informasiyalar verməyə dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə