Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədri Rufiz Qonaqov mətbuata açıqlama verərək bildirib ki, Mərkəz yeni lahiyəyə start verib. Mərkəzdən SİA-ya verilən məlumata görə, "Dünyanın yeniləşməsi ilə ayaqlaşan Azərbaycan: reallıqlar və faktlar" adlı yeni layihə aprel ayından həyata keçiriləcək. Layihə çərçivəsində son 10 ildə Azərbaycanda görülən işlər geniş və ətraflı şəkildə dünya ictimaiyyətinə çatdırılacaq.
Rufiz Qonaqov eyni zamanda bildirib ki, hazırda ölkəmiz regionun lider dövləti olaraq iqdisadi potensialına və inkişaf tempinə görə dünyanın inkişaf etməkdə olan ölkələrindəndir: "Dünyada baş verən və hələ də bitməyən iqdisadi böhran Azərbaycanda sistemli şəkildə aparılan iqdisadi siyasət nəticəsində ölkəmizə təsirsiz ötüşüb. Bu bir daha onu göstərir ki, ölkədə sosial iqdisadi durum günü- gündən artır və bu siyasət uğurla davam etdirilir. İstər demokratik dəyərlərin dərinləşməsi, istərsə də yeni təcrübələrin öyrənilməsi və tətbiqi baxımından siyasi qərarlılıq vardır. Bu da siyasi cəhətdən inkişafımızı sürətləndirir. Beləliklə, iqdisadi və sosial inkişafın daha çox iki istiqamətdə həyata keçirilməsinin şahidi oluruq: 1-cisi dövlət proqramları çərçivəsində - Prezident İlham Əliyevin fərman və sərəncamları ilə, ikincisi Heydər Əliyev Fondunun dəstəyi ilə - Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə. İndiyə kimi istər dövlət proqramının, istərsə də Fondun həyata keçirdiyi böyük layihələrin sosial şəbəkələrdə kompleks təbliği praktikası olmayıb. Bu layihənin həyata keçirilməsini də zəruri edən əsas səbəblərdən biri budur. Bunun üçün təbliğat mexanizminin əhatəsini böyüdərək xeyli istifadəçisi olan ictimai məlumatlandırma mexanizmi tətbiq edəcəyik. Bütün bunlar "Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən inkişaf qrupu üzərindən həyata keçiriləcək. Eyni zamanda paralel olaraq inkişaf qrupunda demokratik dəyərlərin qorunması ilə bağlı müzakirələr təşkil olunacaq. Burada həftəlik mövzular qoyulacaq və onların ictimai müzakirəsi təşkil olunacaq. Layihə çərçivəsində may ayının birinci yarısında beynəlxalq təşkilatlar, media və yeni media vasitələri, QHT- lərin birgə iştiakı ilə "Azərbaycanın inkişafının strategiyası: iqdisadi və siyasi resurslar" adlanan dəyirmi masa keçiriləcək".
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçilərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB