Ağdamda uçub, dağılan məktəbdə tədris bərpa edildi. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, iki gün öncə Ağdam rayonu ərazisində dərs saatı zamanı məktəb binasının uçması nəticəsində yarımçıq qalan tədris prosesi bərpa edilib. Belə ki, qəza zamanı tamamilə yararsız vəziyyətə düşən məktəbin şagirdləri üçün çadırdan siniflər qurulub.
Uşaqların təhsilinin yarımçıq qalmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəbin həyətində 4 ədəd çadır quraşdırılıb. Həmçinin, şagirdlərin rahat hərəkətini təmin etmək məqsədi ilə ətrafa çınqıl döşənib. Çadırlara köçürülən I Baharlı kənd orta məktəbində dərslər tədris ilinin sonuna kimi 2-növbəli sistemlə keçiriləcək.
Qeyd edək ki, yeni tədris ilinə qədər kənddə yeni məktəb inşa ediləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB