Qubada aşkarlanan qədim tikiliyə ilkin arxeoloji baxış keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, tikiliyə arxeoloji baxış keçirmək üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsi Qubaya ezam olunub. Arxeoloq Qəhrəman Ağayevin ilkin ehtimalına görə, bu bina XIV-XVI əsrlərə aid islam memarlığı nümunəsidir: "Binanın XIV-XVI əsrlərə aid İslam abidəsi olduğu güman edilir. "Quba meydanı" adlanan tarixi ərazidəki evlərin birinin zirzəmisində aşkarlanan 8 guşəli memarlıq nümunəsi unikal quruluşu və qədimliyi ilə maraq doğurur. Buradan qədim əlyazmalar, gildən hazırlanan məişət əşyaları, eləcə də mis pullar tapılıb".
Yerli sakinlərdən əldə olunan köhnə fotoşəkillərdən birində həmin memarlıq abidəsinin yerləşdiyi ərazidə mədrəsə, yaxınlıqda isə "Cümə" məscidi təsvir olunur. Arxeoloqun ilkin ehtimalına görə, bu tikili ərazidəki islam abidələri kompleksinə aiddir. Yerin səthindən aşağıda yerləşən təqribən 60 kv/m sahədə 8 otaqdan ibarət, bişmiş kərpicdən inşa olunan memarlıq nümunəsi həm maddi mədəniyyət abidəsi, həm də tarixi məkan kimi diqqəti cəlb edir.
Qeyd edək ki, yaxın zamanda burada elmi tədqiqatların başlanacağı gözlənilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB