“Azadlıq Radiosu" insanları necə aldadır? ŞOK ARAŞDIRMA

“Azadlıq Radiosu" insanları necə aldadır? ŞOK ARAŞDIRMA

"Azadlıq" radiosunun Bakı bürosunun fəaliyyəti, onun xarici maliyyə təşkilatlarından aldığı yardım hesabına ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl yetirmək yönündə göstərdiyi "xidmətlər" hər kəsə bəllidir. Sözsüz ki, hər bir KİV-in əsas qayəsi öz auditoriyasına dəqiq, qərəzsiz və obyektiv informasiya çatdırmaqdır. Fəaliyyətində vicdanlılıq və operativlik prinsiplərini diqqət yetirən KİV, həmçinin milli və dövlət maraqlarını da nəzərə almalıdır.

Radionun özünün müəyyənləşdirdiyi prinsiplərə görə, "Azadlıq" hakimiyyətdə və ya müxalifətdə olmasına baxmayaraq, bütün siyasi partiyalardan azaddır. Radiostansiya hər hansı bir xüsusi siyasi, iqtisadi və ya dini mövqeləri dəstəkləmir və təbliğ etmir. Konkret siyasi və ya qanunvericilik qərarlarının qəbulunun lobbiçiliyini aparmır, rəsmi vəzifələrə seçilən və ya təyin olunan namizədləri dəstəkləmir və onlara qarşı kampaniya aparmır.

Amma nədənsə bu prinsiplər əksər hallarda Rusiya, Ermənistan bürolarında nəzərə alınmır. Məsələn, ermənilər və ya ruslar hansısa mili məsələdə özlərinə sərf edən şəkildə məlumatlar verirlər. Bu isə onların ölkənin marağını maddi maraqdan üstün tutmağı bacardıqlarını göstərir. Radionun Bakı bürosuna gəlincə, milli, dövlətçilik maraqlarının qorunması məsələsində bizim büronun bir sıra əməkdaşları nəinki səy göstərmir, əksinə ölkə, dövlət haqqında mənfi rəf formalaşdırmaqdan ötəri hər cür əsassız, böhtan dolu qərəzli xəbər yaymaqdan çəkinmirlər.

Məsələn "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşları tənqidi xəbərlər tapmadıqları halda onun xüsusi yollarla "istehsal" edirlər. Necə? Sadə, vətəndaşları aldatmaq yolu ilə. "Azadlıq Radiosu"nun xəbər "ovçuları" insanlara pul, iş, xaricdə yaşamaq üçün imkan yaradacaqları ilə bağlı vədlər verərək onları əməkdaşlığa cəlb edirlər (Daha doğrusu tələyə salırlar). Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kənd sakini 1954-cü il təvəllüdlü Əşrəf Mustafa oğlu Həsənov da "Azadlıq"ın yalan vədlərinə inanıb, aldadılan, özünün dili ilə desək "oyuna" gətirilən insanlardan biridir. Hər şey Əşrəf Həsənovun "Səs" mediaya zəng edib başına gələn əhvalatla bağlı bizə məlumat verməsindən sonra başladı. Onun sözlərinə görə, "Azadlıq" radiosunun Bakı bürosunun əməkdaşı özünü Yavəz Əkrəmoğlu kimi təqdim edən Yafəz Əkrəm oğlu Həsənov ona xeyli miqdarda pul mükafatı vəd edərək sakini olduğu Nehrəm kəndi haqqında əsassız, həqiqətə uyğun olmayan, yalnız "Azadlıq" radiosunun maraqlarını təmin edən məlumatlar ötürməyini istəyib. Hətta Yafəz Əkrəmoğlu Əşrəf Həsənovu əvvəlcədən nə söyləyəcəyi barədə təlimatlandıraraq Bakı şəhərində mətbuat konfransı təşkil edib.

Hələ bu azmış kimi "Azadlıq Radiosu"nun əməkdaşı Yafəz Əkrəmoğlu Əşrəf Həsənovun vasitəsilə daha iki nəfər kənd sakinindən öz məqsədləri üçün istifadə ediblər.

Hadisə ilə bağlı Səs TV-nin çəkiliş qrupu Naxçıvan Muxtar Respublikası, Babək rayon Nehrəm kəndinə ezam olunub və məsələni yerində araşdırıb. SİA həmin araşdırmanın video çəkilişini sizə təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə