Bakıda Seyid Yəhya Bakuvi İrsi tanıdılacaq

Bakıda Seyid Yəhya Bakuvi İrsi tanıdılacaq

2013-cü il UNESCO tərəfindən Seyid Yəhya Bakuvi ili elan edilib. Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə əlaqədar qəbul edilən bu qərarla bir çox beynəlxalq və ümumrespublika səviyyəsində tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları (Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İB, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Atatürk Mərkəzi və Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı) Seyid Yəhya Bakuvi irsinin tanıdılması və təbliği istiqamətində müəyyən tədbirlər həyata keçirməkdədir.

Məhz bununla bağlı İçəri Şəhər Şirvanşahlar Sarayı Kompleksində "Seyid Yəhya irsinin tanıdılması və təbliği" silsilə tədbirlərimizə start veriləcək və Seyid Yəhya Bakuvinin "Şəfaül Əsrar" kitabının ikinci nəşrinin təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə