Nizami rayonunda məktəblilərin diş müayinəsi aksiyası keçirilib FOTOLAR

Tədbir Ulu öndərin 90 illik yubileyi münasibətilə təşkil olunub
Nizami rayonunda məktəblilərin diş müayinəsi aksiyası keçirilib FOTOLAR

Müasir Azərbaycan Respublikasının xilaskarı və banisi Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyilə məktəblilərin diş müayinəsi aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyadan öncə YAP Nizami rayon təşkilatının "Təbəssüm" ərazi ilk partiya təşkilatında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə toplantı keçirilib.

Toplantıda çıxış edən YAP Nizami rayon təşkilatının "Təbəssüm" ərazi ilk partiya təşkilatının sədri Fuad Bayramlı Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi missiyasından danışıb.

O, bildirib ki, Ulu öndərimizin xidmətləri sayəsində Azərbaycan bütün sahələrdə, xüsusilə də, səhiyyə sektorunda ciddi nailiyyətlər əldə olunub.

Fuad Bayramlı əlavə edib ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla reallaşdıran Prezident İlham Əliyevin göstərişləri əsasında respublikanın bütün bölgələrində müalicə-diaqnostika mərkəzləri inşa edilib, xəstəxanalar təmir edilib, maddi-texniki bazası möhkəmləndirilib.

Düşüncələrini toplantı iştirakçıları ilə bölüşən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov diqqətə çatdırıb ki, bu gün ölkədə müşahidə olunan ictimai-siyasi sabitliyin və yeni sosial-iqtisadi arxitekturanın əsasını Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı inkişaf strategiyası müəyyənləşdirib. Bu gün həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən səmərəli şəkildə davam etdirildiyini vurğulayan Aparat rəhbəri deyib ki, gənc Azərbaycanın uğurları bundan sonra da davamlı olacaq.

Sonra YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatındakı aktiv iştirakına görə, bir qrup partiya fəalına Fəxri Fərmanlar verilib.

Daha sonra aksiyaya start verilib.

Qeyd edək ki, aksiyada rayon ərazisindəki bütün məktəblərdən yüzlərlə şagird iştirak edib, onların dişləri müayinə olunub və müvafiq müalicə tədbirlərinin görülməsi istiqamətində işlər aparılıb.

Aksiya həm şagirdlər, həm də onların valideynləri tərəfindən yüksək dəyərləndirilib və bu cür tədbirlərin davamlı olmasını arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə