Azərbaycan qadağan olunan müqaviləyə qoşuldu

Azərbaycan qadağan olunan müqaviləyə qoşuldu

Milli Məclisdə "Ay və digər səma cismləri də daxil olmaqla, kosmik fəzanın tədqiq və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə barədə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Komitə sədri deyib ki, bu Müqavilə 1967-ci ildən qüvvəyə minib, düyna ölkələrinin əksəriyyəti bu sənədə qoşulub. Onun sözlərinə görə, müqavilənin əsas məqsədi kosmik fəzanın istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf edirilməsidir. Müqavilə səma cismlərinin işğalını qadağan edir.

Azərbaycanın kosmosa peyk göndərdiyini xatırladan Şəmsəddin Hacıyev qanunun qəbulunun zəruri olduğunu bildirib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə