İTV-nin Yayım Şurasına yeni namizədlər seçilib

İTV-nin Yayım Şurasına yeni namizədlər seçilib

Parlamentin bugünkü iclasında İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirəsi başa çatıb. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva çıxışında deyib ki, İctimai Telveiziya hər bir azərbaycanlının öz ailə üzvləri ilə birlikdə rahat baxa biləcəyi bir telekanaldır.

Qənirə Paşayeva İctimai Televiziyanın Azərbaycanda ən gənc telekanal olduğunu vurğulayıb. O qeyd edib ki, övladlarımızın İctimai Telveiziyanın proqramlarına baxmasından heç vaxt narahatlıq keçirmirik: "Bu televiziyada heç vaxt mənəviyyata, əxlaqa zidd veriliş olmayıb. Hər zaman mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirən verilişlər olub. Xüsusən də əhalinin maarifləndirilməsində böyük rolu var. Bundan başqa, xaricdə yaşayan soydaşlarımızla bağlı telekörpülər yaratması, Azərbycan həqiqətlərinin dünyaya yayması bu telekanalın gördüyü işlər sırasındadır. Ümid edirəm ki, yeni seçilən Yayım Şurasının üzvləri televiziyanın dəsti-xəttini qoruyub saxlayacaq, inkişaf etdirəcək".

Qənirə Paşayeva 50 milyonluq Azərbaycan xalqının yalnız 9 milyon nəfərinin latın qrafikası ilə yazıb oxduğunu nəzərə çatdırıb: "Ona görə də biz xaricə gedəndə o azərbaycanlılar təkid edirlər ki, İctimai Televiziyada Azərbaycan dili verilişləri açılsın ki, soydaşlarımız orada əlifbamızı öyrənə bilsinlər. Digər tərəfdən, Azərbaycan tarixi ilə bağlı verilişlərin artırılmasına ehtiyac var".

Millət vəkili Sabir Rüstəmxanlı namizədlərə səs verəcəyin bildirib: "İctimai Televiziya fəaliyyətə başlayanda çoxumuz düşünürdük ki, telekanal özünü doğruldacaqmı? Ən dəqiq məlumatları İctimai Televiziyadan alırıq. İctimai Televiziya Nizami kinoteatrında çəkdiyi filmlərin nümayişini təşkil etdi. İctimai Televiziya müəyyən bir ənənə yaradıb və bu, genişlənəck. Həmkarlamızdan biri dedi ki, aşıq verilişləri azaldılsın, yerinə parlamentlə bağlı verilişlər salınsın. İctimai Televiziyanın ən böyük uğuru odur ki, Milli-mənəvi dəyərlərimizi, o cümlədən aşıq sənətimizi təbliğ etməklə yanaşı, eyni zamanda Avropa musiqisinə də diqqət ayırıb, "Eurovision" Mahnı Müsabiqəsinə qatılıb. Belə proqramları ixtisar etmək yox, sadəcə təkmilləşmə aparmaq lazımdır".

Sabir Rüstəmxanlı çıxışında "ATV İnternational" telekanalını da tənqid edib: "Əgər bu telekanal dünyaya müraciət üçün yaradılıbsa, niyə verilişlərin 80-90 faizi rus dilində yayımlanır?". O, İctimai Televiziyada müxtəlif dillərdə verilişlərin aparılmasını da zəruri sayıb.

Spiker Oqtay Əsədov isə Yayım Şurasının yeni tərkibi təsdiqləndiklən sonra millət vəkillərinin təklif və tövsiyyələrinin nəzərə alınacağına ümid etdiyini söyləyib: "Əgər bu işlər yerinə yetirilsəydi, bu təkliflər və tövsiyələr də olmazdı".

Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şurasının tərkibində dəyişiklər qəbul edilib. Azərbaycan Boks Federasiyasının Təşkilat Komitəsinin sədri Yusif Babanlı (102 lehiən, 1 əleyhinə, 1 bitərəf ), Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev (96 lehinə, 1 əleyhinə, 1 bitərəf) və Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Zemfira Qafarova (96 lehinə, 4 əleyhiən, 1 bitərəf) Yayım Şurasının yeni üzvləri seçiliblər. Digər namizədlər isə səsverməyə çıxarılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə