Hadi Rəcəbli: "İTV siyasi partiyaların televiziyası deyil"

Hadi Rəcəbli: "İTV siyasi partiyaların televiziyası deyil"

Milli Məclisin iclasda ilk olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında layihə müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, müzakirələrdə televiziyaya qarşı iradlar səsləndirilib.

İradlara görə, adıçəkilən televiziyada siyasi partiyalar barədə verilişlər çox gedir. Bu irada cavab olaraq millət vəkili Hadi Rəcəbli bildirib ki, İctimai Televizya siyasi partiyaların yox, ictimaiyyətin televiziyasıdır.

O, İTV-nin fəaliyyətindən razılığını bildirərək qeyd edib bu kanalda bayağı verilişlər, şit proqramlar yoxdur: "Azərbaycan milli-mənəvi dəyərlərini qoruyan, gəncləri bilavasitə inkişaf etdirən verilişlər hazırlayır. Amma bu televiziya siyasi partiyaların televiziyası deyil. Bu məsələyə daha geniş baxmalıyıq. Deputatlar tez-tez görünürlər, bu, yaxşı haldır. Amma yaxşı olardı ki, gələcəkdə İTV qanunların şərhinə də geniş yer ayırsın. Çünki insanlar adətən qanunları bilmədiklərindən, haqlarını müdafiə edə bilmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə